Finss.az - Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Məlumata görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,84% artaraq 69.48 dollar təşkil edib. Ötən gün “Azeri Light”ın qiyməti 68.90 dollar idi.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində proqnozlaşdırılıb.